...

Türkiyə hökuməti və ordusu arasındakı ziddiyyət PKK terrorçularını məhv etməyə mane olur

Siyasət Materials 17 İyun 2009 09:22 (UTC +04:00)
Türkiyə hökuməti və ordusu arasındakı ziddiyyət PKK terrorçularını məhv etməyə mane olur

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbirlər Ü.Sadıxova, R.Hafizoğlu /

İraqın daxilində ziddiyyət və Türkiyə hökuməti və ordusu arasında olan fikir ayrılığı nəticəsində terrorçu Kürd Fəhlə Partiyasına (PKK) qarşı mübarizə mürəkkəbləşir.

"Türkiyə hökuməti PKK probleminin sülh yolu ilə, ordu isə PKK-nın hərbi yolla məhv edilməsi təklifi ilə çıxış edir", - Trend -a Yaxın Şərq üzrə aparıcı analitik Mustafa Özcan İstanbuldan telefonla bildirib.

İraqın vitse-prezidenti Tariq əl-Haşimi Ankaraya səfəri zamanı Prezident Abdulla Gül və Baş nazir Rəcəb Tayib Ərdoğan ilə görüşündə bəyan edib ki, Bağdadın mərkəzi hakimiyyəti İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaradılmasına imkan verməyəcək, "Anadolu" Türkiyə agentliyi məlumat verib.

Vitse-prezident bəyan edib ki, PKK terror təşkilatı məhv ediləcək və ya İraq ərazisindən çıxarılacaq, çünki bu yalnız Türkiyə üçün deyil, həmçinin İraq üçün də təhlükədir.

70-ci illərin sonunda SSRİ-nin dəstəyi ilə yaradılmış PKK Türkiyənin cənub şərqində və İraqın şimalında müstəqil Kürdüstan dövləti yaratmağa can atır. Türkiyə hərbiçiləri və əhalisinə qarşı terror törətdikdən sonra təşkilat ABŞ, Avropa və bir sıra Yaxın Şərq ölkələri tərəfindən terrorçu kimi tanınıb. PKK-nın əsas bazaları İraqın şimalında Qəndil dağlarında yerləşir. Türkiyə və İraqın kürd separatçılarına qarşı birgə keçirdikləri antiterror əməliyyatlarına baxmayaraq, İraqın daxilində stabilliyin olmaması səbəbindən strateji əməkdaşlıq nəticə verməyib.

Müşahidəçilər hesab edirlər ki, Ankara və Bağdad arasında imzalanmış strateji razılaşma, İraqın daxilində PKK-ya münasibətdə fikir ayrılığının mövcudluğu səbəbindən əhəmiyyətsizdir.

Kərkük Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd əl-Taqi hesab edir ki, kürd administrasiyasının rəhbərliyi Bağdadın mərkəzi hakimiyyətini zəiflətməyə can atır və bu səbəbdən İraqın Türkiyə ilə münasibətlərinin pisləşməsinə çalışır.

"Şimali İraq administrasiyası Türkiyə və İraqın terrorçulara qarşı mübarizəsini mürəkkəbləşdirir, - Trend -a telefonla əl-Taqi bildirib. - Şimali İraq kürdlər tərəfindən idarə olunur və bu, mərkəzi hakimiyyət üçün problem yaradır. Bu səbəbdən Bağdad PKK-ya qarşı mübarizəyə müdaxilə etmək istəyir".

Özcan, həmçinin hesab edir ki, kürd administrasiyası milli amildən istifadə edərək PKK-nı müdafiə edir, bu səbəbdən Bağdad PKK-nın məhv edilməsi üçün administrasiyaya təzyiq göstərə bilmir.

Lakin Ankara üçün kürd administrasiyası ilə əməkdaşlıq Bağdad ilə əməkdaşlıqdan daha əlverlişlidir.

"Ankara və Bağdad üçün regional kürd hökumətinin iştirakı olmadan PKK məsələsini həll etmək çətin olacaq", - İraq üzrə analitik Yost Hilterman hesab edir.

"Bağdad bu məsələdə əhəmiyyətsiz rol oynayır və Şimali İraq (kürd administrasiyası) üzrərində nəzarətə malik deyil, - Trend -a elektron poçtla Beynəlxalq Böhran Qrupunun Yaxın Şərq üzrə proqramının sədr müavini Hilterman bildirib. Uzunmüddətli və real qərar Türkiyə və regional kürd hökumətinin danışıqları nəticəsində baş tutacaq".

Kürd administrasiyası Məsud Bərzaninin sədrliyi altında 2003-cü ildə sabiq Prezident Səddam Hüseynin rejiminin devrilməsindən sonra yaradılıb.

1988-ci ildə İraqın kürd liderlərinin ölkənin şimalında müstəqil dövlət yaratmaq barədə bəyanatlarından sonra Hüseyn hökuməti Xalabaca əhalisinə qarşı kimyəvi silah tətbiq etdi və nəticədə 1 milyona yaxın əhali həlak oldu.

Lakin Türkiyədə hesab edirlər ki, əgər Türkiyə hökuməti və ordusu arasında PKK-ya qarşı fikir müxtəlifliyi olmasa, terrorçuları məhv etmək asan olacaq.

Türkiyə Prezidenti Abdulla Gül bəyan edib ki, hakim Ədalət və İnkişaf Partiyası kürd terrorçularına qarşı mübarizə aparmaq üçün paket hazırlayıb, lakin təfsilatlar barədə məlumat verilmir.

Ordu baş qərargahının rəhbəri Ülkər Başbuq bildirib ki, Türkiyə terrorçuların harada olmasına baxmayaraq sona qədər onlarla mübarizə aparacaq, "Anadolu" Türkiyə agentliyi məlumat verib.

Onun sözləri PKK-nın hərbi bölməsinin rəhbəri Murad Qarayılanın reaksiyasına səbəb olub və o, Ankaranı kürd separatçıları ilə danışıqlara başlamağa çağırıb.

"Bu fürsətdən istifadə olunmalıdı, çünki bir daha belə imkan ələ düşəyəcək", - Qarayılan bəyan edib.

Baş qərargahın rəhbəri deyib ki, Ankara heç vaxt PPK ilə danışıqlara getməyəcək və sona qədər mübarizə aparacaq, çünki kürd terrorçuları Türkiyə və həmçinin İraq üçün təhlükə törədirlər.

Lakin Özcan hesab edir ki, İraqda PKK-ya təzyiq olarsa, bu, onun üzvlərinin Türkiyə və İrana köçməsinə səbəb olacaq və terroçuların zəifləməsinə gətirib çıxaracaq.

"Türkiyə kəşfiyyatı onların (PKK üzvləri) Türkiyədə yerləşməsinə icazə verməyəcək və bu səbəbdən onlar İranın nəzarətsiz ərazilərində məskunlaşa bilərlər", - Özcan deyib.

İran, həmçinin İraqın şimalında müntəzəm olaraq PKK üzvlərinə və PJAK kürd terrorçu hərəkatına qarşı hərbi əməliyyatlar keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti