...

Gürcüstan və Azərbaycan tarixi abidələrin öyrənilməsi və qorunması üçün müştərək komissiya yaradırlar

Siyasət Materials 18 İyun 2009 11:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 iyun / Trend New, müx. N.Kirtsxalia /

Gürcüstan və Azərbaycanın Mədəniyyət nazirlikləri abidələrin qorunması üzrə müştərək komissiyanın yaradılması barədə razılığa gəliblər. Bu barədə Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev jurnalistlərə bildirib.

Hər iki ölkənin nazirləri Tbilisidə razılığa gəliblər ki, müştərək komissiya bu abidələrin vəziyyətini müəyyən edəcək və mübahisəli obyektlərin mənsubiyyəti məsələsini həll edəcək. Lakin əsas məqsəd  Gürcüstan ərazisində Azərbaycanın və Gürcüstanın mədəni irsinin Azərbaycan ərazisində qorunub saxlanılmasıdır.

Azərbaycanlı nazirin sözlərinə görə, komissiya artıq bu gün öz işinə başlayacaq və ilk növbədə bu mərhələdə əsas iş hər iki ölkədə abidələrin mühafizəsi xidmətləri arasında informasiya mübadiləsinin aparılmasından ibarət olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti