...

Prezidentliyə namizədlər İranın Nəzarət Şurasının iclasında iştirak edəcəklər

Siyasət Materials 18 İyun 2009 13:45 (UTC +04:00)

İranın Nəzarət Şurası prezidentliyə namizədləri Şuranın gələcək iclasında iştirak etməyə çağırıb. "Prezidentliyə namizədlər Nəzarət Şurasının növbəti iclasında iştirak etmək üçün dəvət olunublar", - deyə İranın Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi cümə axşamı bildirib.

Onun sözlərinə görə, gələn həftənin əvvəllərində keçiriləcək iclasda Nəzarət Şurasının bütün üzvləri iştirak edəcək. Prezidentliyə namizədlər də həmin iclasda iştirak etməklə fikir mübadiləsi apara bilərlər. 

"Nəzarət Şurasının göstərişinə əsasən, ekspertlər növbəti iclasda müzakirə olunmaq üçün namizədlərin bütün şikayətlərini araşdıraraq nəticəni Şuraya təqdim etməlidirlər. Həmin nəticələr iclasda namizədlər və Nəzarət Şurasının üzvləri tərəfindən araşdırılacaq", - deyə Kədxudayi bildirib.

Prezidentliyə namizəd Musəvinin tərəfdarları seçkilərdə çox sayda saxtakarlıq halları olduğunu bildirirlər. Son günlərdə İranda Musəvinin minlərlə tərəfdarı iyunun 12-də keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq icazəsiz aksiyalar keçiriblər. BBC-nin məlumatına əsasən, son hadisələr zamanı 25 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti