...

Litva Prezidenti bu gün Tbilisiyə səfər edəcək

Siyasət Materials 22 İyun 2009 10:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün Litva Prezidenti Valdas Adamkus Gürcüstana rəsmi səfər edəcək. Litvanın dövlət başçısı bu səfərlə prezidentlik müddətini tamamlayır.

İyunun 23-də o, Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşəcək. Bu barədə prezidentin mətbuat xidməti xəbər verir. 

Litva Prezidenti çərşənbə axşamı Gürcüstanın dövlət başçısı ilə birlikdə Tbilisidəki Vilnus bağçasının təntənəli açılışında iştirak edəcək. Prezident Adamkus çərşənbə axşamı onun şərəfinə düzənlənən qəbulda və Litvanın minilliyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti