...

Gürcüstan və Estoniyanın HHQ-ləri əməkdaşlıq barədə razılığa gəliblər

Siyasət Materials 22 İyun 2009 20:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 iyun / Trend , mübir N.Kirsxaliya /

Gürcüstanın və Estoniyanın Hərbi Hava Qüvvələri əməkdaşlıq barədə razılığa gəliblər. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyində görüş zamanı tərəflər jurnalistlərə bildiriblər.

"Görüş zamanı gələcək əməkdaşlığın istiqamətləri müzakirə edilib", - Gürcüstan HHQ-nin komandanı Zurab Poçxua deyib.

"Bu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində və təcrübə mübadiləsində vacib addımdır", - Poçxua deyib.

"Bu, mənim Gürcüstan Hərbi Hava Qüvvələri və həmkarlarımla tanış olmaq məqsədi ilə birinci rəsmi səfərimdir. 2004-cü ildən etibarən Estoniya NATO-nun üzvüdür, lakin biz buna qədər anoloji problemlərlə rastlaşmışıq - bu, hava məkanının pozulması ilə bağlıdır. Bu problemin həlli və gələcək əməkdaşlıq məsələləri barədə mən gürcüstanlı həmkarımla söhbət etmişəm", - Estoniya HHQ-nin komandanı Valeri Saar bildirib.

Sabah Valeri Saar Marneuli hərbi-hava bazasına baş cəkəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti