...

Azərbaycanın millət vəkili Strasburqdakı "Azərbaycan Evi"ndə görüş keçirib

Siyasət Materials 24 İyun 2009 03:24 (UTC +04:00)
Azərbaycanın millət vəkili Strasburqdakı "Azərbaycan Evi"ndə görüş keçirib

Fransa, Strasburq, 23 iyun / Trend , müxbir A.Məhərrəmli /

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva iyunun 23-də Strasburqda fəaliyyət göstərən "Azərbaycan Evi"ndə Strasburqun xarici assosiasiyalarının nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan diasporunun üzləri, Strasburqda təhsil azərbaycanlı tələbələr, media nümayəndələri iştirak ediblər.

Görüşdə əsas diqqət  "Mədəniyyətlərarası dialoqda qadınların rolu" mövzusuna yönəlib.

Çıxışı zamanı azərbaycanlı deputat Azərbaycan, onun mədəniyyəti, tarixi, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin doğurduğu ağır fəsadlar haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Sonra millət vəkili mədəniyyətlər və dinlərarası dialoqun əhəmiyyətindən, qadınların bu prosesdə fəal rolundan bəhs edib və Azərbyacanın  bu dialoqun qurulmasında Avropa ilə Asiya arasında mühüm rol oynaya biləcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Millət vəkili müasir dünyamızda, Azərbaycanın da aid olduğu Avropa məkanında mədəniyyətlərarsı dialoqun genişlənməsində, sülhün və dayanıqlı inkişafın bərqərar olmasında və möhkəmlənməsində, müxtəlif ayrı-seçkiliyin qarşısının alınmasında qadınların mühüm rol oynayacağını, mədəniyyətlərarasi dialoqun bu sahədə əsas vasitə olduğunu və Azərbaycanın da bu prosesdə fəal iştirak etdiyini bildirib. Bu xüsusda, millət vəkili Heydər Əliyev Fondunun mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki fəaliyyətini, bu sahədə gördüyü işləri və Fondun mədəni müxtəlifliyə, dinlərarası dialoqa həsr edilmiş mötəbər beynəlxalq konfranslar təşkil etdiyini vurğulayıb. Paşayeva Fondun təşəbbüsü ilə Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq konfransın keçirilməsi haqqında da xarici qonaqlara məlumat verib.

"Azərbaycan xalqı digər dinlərə, digər mədəniyyətlərə, onların tarixi-dini və mədəni abidələrinə hörmət və diqqətlə yanaşır. Bu, xalqımızın tolerantlıq ənənəsinin yüksək səviyyədə olmasının göstəricisidir", - deyə Paşayeva əlavə edib.

Görüşün sonunda Paşayeva görüş iştirakçılarının suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti