...

Gürcüstan Böyük Britaniyanın aktiv dəstəyinə ümid edir

Siyasət Materials 24 İyun 2009 16:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 iyun / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Böyük Britaniyanın aktiv dəstəyinə ümid edir. Gürcüstanın Avropa və Avroatlantik strukturalra inteqrasiya məsələləri üzrə dövlət naziri, Baş nazirin müavini Georgi Baramidzenin bəyan etdiyi kimi, Böyük Britaniyanın Avropa işləri üzrə naziri Qlenis Kinok Londonun Gürcüstanın ərazi bütövlüyü aktiv şəkildə dəstəklədiyini bildirib.

"Biz ümid edirik ki, Britaniya Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşması istiqamətində aktiv fəaliyyət göstərərək iqtisadi əməkdaşlıq, eyni zamanda Rusiya-Gürcüstan münasibətlərinin nizamlanması məsələlərində də yardım göstərəcək", - deyə Baramidze bildirib.  

Böyük Britaniyanın Avropa işləri üzrə naziri Kinok bu gün gecə yarıdan keçmiş Tbilisiyə gəlib.

Səfər çərçivəsində o, hökumət nümayəndələri, eyni zamanda müxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti