...

Azərbaycan paytaxtında kustar üsulu ilə heroin hazırlayan İran vətəndaşı tutulub

Siyasət Materials 24 İyun 2009 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan paytaxtında kustar üsulu ilə heroin hazırlayan İran vətəndaşı tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri Nizami küçəsi, ev 17 "B"də kirayədə yaşayan İran vətəndaşı Taəti Cəfrudi Əkbər Əziz oğlu kustar üsulla heroin hazırlayarkən tutulub.

Onun evinə baxış zamanı 4 kiloqram 088,726 qram heroin və narkotik vasitənin hazırlanmasında istifadə edilən əşyalar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti