...

Mərkəzi Asiyada islamafobiyanın yayılmasına imkan verilməməlidir - ŞƏT-in Baş katibi

Siyasət Materials 25 İyun 2009 20:28 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 iyun / Trend , müxbir K.Konırova /

"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) digər təşkilatlar kimi Mərkəzi Asiyada terrorizmin olmasından narahatdır, lakin islamafobiyanın yayılmasına imkan vermək olmaz", - ŞƏT-in Baş katibi Bolat Nurqaliyev hesab edir.

"Təşkilatın əsas prioritetlərindən biri regionda dost münasibətlərini təmin etməkdir", - Nurqaliyev Asatanada keçirilən Avroatlantik Tərəfdaşlıq Şurasının təhlükəsizlik forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, bütün konfliktlər dialoq əsasında və kompromis axtarışı yolu ilə həll edilməlidir.

ŞƏT-in tərkibinə Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti