...

Hazırda Gürcüstanın NATO ilə institusional əməkdaşlığının inkişafı çox vacibdir - keçmiş Baş nazir

Siyasət Materials 25 İyun 2009 15:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın keçmiş Baş naziri Qriqol Mqaloblişvili parlamentin xarici əlaqələr üzrə komitəsinin dinləmələrində iştirak edib. Parlament tərəfindən onun namizədliyinin təsdiqlənməsindən sonra Mqaloblişvili Gürcüstanın NATO-da daimi nümayəndəsi vəzifəsinə keçib.

"Gürcüstan NATO ilə yaxınlaşmaq məqsədilə bütün  vasitələrdən istifadə etməlidir. NATO-Gürcüstan komissiyasının işinə və illik milli fəaliyyət planının həyata keçirilməsinə diqqəti artırmaq lazımdır. Hazırkı mərhələdə inteqrasiya prosesinin uğurla həyata keçirilməsi üçün institusional əməkdaşlığın inkişafı çox vacibdir", - deyə Mqaloblişvili bəyan edib.

Bundan əlavə, parlament komitəsi Gürcüstanın Ermənistandakı səfiri vəzifəsinə namizəd Georgi Tabatadzeni də dinləyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti