...

İran Silahlı Qüvvələrinin quru qoşunları hərbi təlimlərə başlayıb

Siyasət Materials 29 İyun 2009 14:14 (UTC +04:00)
İran Silahlı Qüvvələrinin quru qoşunları hərbi təlimlərə başlayıb

İranın Cənub və Cənub qərb regionlarında "Əli ibn Əbitalib" şərti ad ilə hərbi təlimlərə başlanılıb. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb. Təlimlərdə İran Silahlı Qüvvələrinin quru qoşunlarının müxtəlif bölmələri iştirak edir. Təlimlər İranın üç əyaləti - Xuzestan, İlam və Lorestan əyalətində keçirilir və ümumilikdə 67 min kvadrat kilometr ərazini əhatə edir. Təlimlərdə məqsəd Silahlı Qüvvələrin quru qoşunlarının müxtəlif bölmələrinin hərbi gücünün artırılmasıdır.

"Əli ibn Əbitalib" şərti adı altında keçirilən təlimlərdə yeni hərbi taktikalar komandirlər və bölmə komandirləri tərəfindən hazırlanıb və icra olunacaq. Təlimlər qərargah və bölmələr arasında rabitə, kəşfiyyat, elektron müharibə, psixoloji müharibə, maneələr yaratmaq və s. məsələlər üzərində qurulub", - deyə İran Silahlı Qüvvələrinin quru qoşunlar komandirinin müavini, general Kiyumərs Heydəri bildirib. Təlimlər üç gün davam edəcək.

Trend -un arayışı: İyunun 22-də İran Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri dörd günlük hərbi təlimlər keçirib. Təlimlər Fars Körfəzi və Omman körfəzi üzərində, üç mərhələdə həyata keçirilib. Təlimlər zamanı pilotlar 3600 kilometr uçuş həyata keçiriblər. Təlimlər şərti "Milade Nure Velayət" adı altında ("Vilayət günəşinin doğması") baş tutub. Təlimlərdə radardan yayına bilən təyyarənin, həmçinin "QASİD" tipli raketlərin sınağı keçirilib. "Qasid 1" və "Qasid 2" tipli raketlər pilotun nəzarəti olmadan hədəfi məhvetmə qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti