...

Avropa İttifaqı İrandan üzr istəməsə müzakirələrdən danışmağa dəyməz – Silahlı Qüvvələrin qərargah rəisi

Siyasət Materials 1 İyul 2009 15:46 (UTC +04:00)
Avropa İttifaqı İrandan üzr istəməsə müzakirələrdən danışmağa dəyməz – Silahlı Qüvvələrin qərargah rəisi

İran Silahlı Qüvvələrinin qərargah rəisi general Həsən Firuzabadi bildirib ki, Avropa İttifaqı ölkədə gərginlik yaradanları dəstəklədiyinin yanlış olduğunu başa düşüb üzr istəyənədək İranla müzakirələr aparmaqdan danışmağa dəyməz. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Avropa İttifaqında keçirilmiş seçkilər bu qurupun uğursuz olduğuna sübutdur. Bu baxımdan Aİ üzvləri olan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya (5+1 qrupunda) öz etibarını itirib. Onlar İrana qarşı səhv addım atdıqlarını başa düşüb üzr istəməyənədək, nüvə məsələsinə dair müzakirə aparmaqdan danışa bilməzlər", - İranın Milli Təhlükəsizlik Şurasının üzvü Firuzabadi bildirib.

Xəbər lenti

Xəbər lenti