...

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub

Siyasət Materials 2 İyul 2009 19:17 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin cümə axşamı Bakıda təkbətək görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyəti vurğulanıb.

Polşa Prezidenti Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da genişlənməsində yeni bir mərhələ olduğunu qeyd edib.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti