...

Türkiyə ordusu çevriliş yox, demokratiya tərəfdarıdır - türkiyəli deputat

Siyasət Materials 3 İyul 2009 08:45 (UTC +04:00)
Türkiyə ordusu çevriliş yox, demokratiya  tərəfdarıdır - türkiyəli deputat

Azərbaycan, Bakı, 02  iyul / Trend , müxbir R.Hufizoğlu /

Türkiyədəki Cümhuriyyət Xalq Partiyasından (CXP) olan millət vəkili Onur Öymən ordunun çevriliş yox, demokratiya tərəfdarı olduğunu hesab edir.

"Türkiyə ordusu ölkədə xaos və çevriliş yox, demokratiya tərəfdarıdır", - deyə Öymən cümə axşamı Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Türkiyə mətbuatında iyunun 12-də Türkiyə ordusu tərəfindən hakim partiyaya qarşı çevriliş hazırlandığını iddia edilən sənədin nüsxəsi dərc edilib. Sənədin nüsxəsində Türkiyə ordusunun polkovniki Dursun Çiçəyin imzası ilə AKP-yə qarşı hərbi çevriliş cəhdi olduğu iddia edilir. Baş qərargah rəisi, ordu generalı İlker Başbuğ verdiyi açıqlamada belə bir planın olmadığını bildirsə də, polkovnik Çiçək iyunun 30-da həbs edilib və iki gün sonra sərbəst buraxılıb.

Öymən hesab edir ki, AKP hökuməti Türkiyə ordusuna qarşı qeyri-ədalətli mövqe nümayiş etdirir və ordunun çevriliş etmək niyyətində olduğuna dair söylənənlər şayiədən başqa bir şey deyil.

"Türkiyə ordusunu incitməyə heç kimin haqqı yoxdur", - deyə o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti