...

Bakıda bələdiyyə sədrinə qarşı cinayət işi açılıb

Siyasət Materials 6 İyul 2009 18:32 (UTC +04:00)
Bakıda bələdiyyə sədrinə qarşı cinayət işi açılıb

Bakıda bələdiyyə sədrinə qarşı cinayət işi açılıb

Azərbaycan, Bakı, 6 iyul / Trend /müxbir. K.Zərbəliyeva. Bakının Səbail bələdiyyəsinin sədri Hüseynov Əhməd Həsən oğlu barəsində vəzifə səlahiyyətlərini aşmasına görə cinayət işı açılıb. Bu haqda Trend -a Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

İyun 23-də  2009-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb və iş üzrə istintaq qrupu yaradılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti