...

Çindəki etnik münaqişə dialoq yolu ilə həll olunmalıdır – İKT-nin baş katibi

Siyasət Materials 8 İyul 2009 17:30 (UTC +04:00)
Çindəki etnik münaqişə dialoq yolu ilə həll olunmalıdır – İKT-nin baş katibi

Azərbaycan, Bakı, 08 iyul / Trend , muxbir R.Hafizoğlu /
İslam Konfransı Təşkilatının (İKT) baş katibi İkmələddin İhsanoğlu Çində uyğur türkləri ilə çinlilər arasında baş verən münaqişənin dialoq yolu ilə həll etməyin mümkünlüyünü bildirib. Bu barədə Trend -a İKT-dən daxil olan məlumatda bildirilir.
"Çindəki uyğur türkləri ilə çinlilər arasındakı baş verən münaqişə dialoq yolu ilə həll olunmalıdır", - İhsanoğlu bildirib.
Trend -un arayışı: İyilun 6-da Çinin Sinszyan-Uyğur muxtar rayonunda bazar günü başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb. İğtişaşlar bazar günü axşam saatlarında rayonun inzibati mərkəzi olan Urumçi şəhərində başlayıb. Şahidlərin verdiyi açıqlamalara görə, toqquşmalar dükanlar və avtomobillərin yandırılması, qarət halları ilə müşahidə olunub. Yerli hüquq-mühafizə orqanlarının verdiyi son məlumatlara görə, 156 nəfər həlak olub, 816 nəfər yaralanıb. Daha öncə üç mülki şəxs və bir polisin ölümü barədə məlumat verilmişdi. Urumçidə etiraz edənlər bu yaxınlarda Quandun əyalətindəki oyuncaq fabrikində işçilər arasında baş verən qarşıdurma zamanı iki uyğurun öldürülməsinə narazılıqlarını bildiriblər.
İKT-nin baş katibi Çin hökuməti ilə diplomatik münasibətləri olan müsəlman ölkələrini Çində baş verən hadisələrə biganə qalmamağa və etnik münaqişənin tez bir zamanda dayandırılması üçün əllərindən gələni əsirgəməməyə çağırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti