...

Azərbaycanda BƏƏ-nin diplomatik nümayəndəliyi açılacaq

Siyasət Materials 9 İyul 2009 20:55 (UTC +04:00)
Azərbaycanda BƏƏ-nin diplomatik nümayəndəliyi açılacaq

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir Y.Оstapenko /

"Bu yaxınlarda Azərbaycanda BƏƏ-nin diplomatik nümayəndəliyi açılacaq", - cümə axşamı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri şeyx Abdulla bin Zayid al Nəhyan deyib.

Cümə axşamı, iyulun 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BƏƏ-nin xarici işlər nazirini qəbul edib.

Şeyx Abdulla Azərbaycanın inkişafını yüksək qiymətləndirib və qeyd edib ki, BƏƏ Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır, Xarici İşlər Nazirliyinin resmi məlumatında deyilir.

"BƏƏ Azərbaycanla daha çox iqtisadi sahələrin inkişafında maraqlıdır. Onların içərisində prioritet sahələr neft-kimya və turizmdir", - al Nəhyan deyib.

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə qonaq qeyd edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının, həmçinin bu problemin sülh və dialoq yolu ilə həllinin tərəfdarıdır.

Azərbaycan XİN rəhbəri ölkələrimiz arasında hazırkı münasibətlərin durumunu yüksək qiymətləndirib və qeyd edib ki, bir çox beynəlxalq məsələlərdə Azərbaycan və BƏƏ-nin mövqeyi üst-üstə düşür.

O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə al Nəhyana təşəkkürünü bildirib.

Məmmədyarov ikitərəfli münasibətlərin və gənc diplomatların mübadiləsinin vacibliyini qeyd edib.

Görüşün gedişində digər ikitərəfli, regional, həmçinin iki ölkənin maraqlarına daxil olan qlobal mövzular müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti