...

Azərbaycanın müxalifət partiyası Çin səfirliyi qarşısında piket keçirəcək

Siyasət Materials 10 İyul 2009 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyası Çinin Azərbaycandakı səfirliyi qarşısında piket keçirmək niyyətindədir.

"Biz bu aksiyanı bir neçə gün əvvəl Çin hərbi qüvvələrinin uyğur türklərinin aksiyalarını vəhşicəsinə dağıtmasına və çoxsaylı insan tələfatına etiraz əlaməti olaraq keçirəcəyik", - cümə günü Trend - a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təbliğat və mətbuat katibi Əli Orucov bildirib.

Trend -un arayışı: İyilun 6-da Çinin Sinszyan-Uyğur muxtar rayonunda bazar günü başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb. İğtişaşlar bazar günü axşam saatlarında rayonun inzibati mərkəzi olan Urumçi şəhərində başlayıb. Şahidlərin verdiyi açıqlamalara görə, toqquşmalar dükanlar və avtomobillərin yandırılması, qarət halları ilə müşahidə olunub. Yerli hüquq-mühafizə orqanlarının verdiyi son məlumatlara görə, 156 nəfər həlak olub, 816 nəfər yaralanıb. Daha öncə üç mülki şəxs və bir polisin ölümü barədə məlumat verilmişdi. Urumçidə etiraz edənlər bu yaxınlarda Quandun əyalətindəki oyuncaq fabrikində işçilər arasında baş verən qarşıdurma zamanı iki uyğurun öldürülməsinə narazılıqlarını bildiriblər.

Orucovun sözlərinə görə, partiyanın katibliyinin bugünki iclasında Çinin Sinszyan-Uyğur muxtar vilayətində baş verən hadisələr bir daha müzakirə edilib. "Nəticədə belə qərara gəldik ki, iyulun 16-da Çinin Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirək", - AMİP funksioneri əlavə edib.

Orucov deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verib-verməməsindən asılı olmayaraq aksiyanı keçirmək niyyətindədirlərə. "Biz bu hadisələrə etiraz edən digər siyasi və ictimai təşkilatların da aksiyamıza dəstək verəcəyinə inanırıq", - təbliğat və mətbuat katibi qeyd edib.

АMİP 1992-ci ildə yаrаdılаn və Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Bundan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti