...

Qazaxıstanda ictimai media şurasının yaradılmasına təşəbbüs göstərilir

Siyasət Materials 17 İyul 2009 18:23 (UTC +04:00)
Bir sıra jurnalistlər və media təşkilatları Qazaxıstanda özünütənzimləyən ictimai media şurasının yaradılması ilə bağlı təşəbbüs göstərirlər.
Qazaxıstanda ictimai media şurasının yaradılmasına təşəbbüs göstərilir

Qazaxıstan, Astana, 17 iyul / Trend , müxbir K.Konırova /

Bir sıra jurnalistlər və media təşkilatları Qazaxıstanda özünütənzimləyən ictimai media şurasının yaradılması ilə bağlı təşəbbüs göstərirlər. Bu barədə Trend -a "MediaNet" Beynəlxalq Jurnalistika Mərkəzindən bildiriblər.

"KİV və jurnalistlərin şikayətlərinə baxmaq, media mübahisələrinin məhkəməyə qədər nizamlanmasına yardım etmək, mətbuatın qanuni hüquq və azadlıqlarının müdafiəsi və b. media şurasının qarşısında qoyulacaq məsələlərdir", - beynəlxalq mərkəzdən deyilib.

Yeni təşkilat professional və obyektiv jurnalistika mühitinin formalaşdırlımasında KİV-ə yardım edəcək müstəqil qeyri-kommersiya ictimai layihəsi kimi nəzərdə tutulub. Media şurasına aparıcı jurnalistlər, redaktorlar, hüquqşünaslar və media QHT-lərinin nümayəndələrinin daxil edilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti