...

Azərbaycanda atəşkəs dövründə həlak olan hərbçilərə şəhid statusu veriləcək

Siyasət Materials 20 İyul 2009 16:13 (UTC +04:00)
Azərbaycan Hökuməti "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edib.
Azərbaycanda atəşkəs dövründə həlak olan hərbçilərə şəhid statusu veriləcək

Azərbaycan, Bakı, 20 iyul / Trend , muxbir K.Zərbaliyeva /

Azərbaycan Hökuməti "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edib.
Nazirlər Kabinetindən bazar ertəsi Trend -a verilən məlumata görə, qaydaların 1.2.6-cı yarımbəndinə edilən dəyişikliyə görə, şəhid statusu Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə, daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə şamil olunacaq.

Dəyişiklik Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti