...

Gürcüstan Parlamentinin Kutaisiyə köçürülməsi 50 milyon lariyə başa gələcək

Siyasət Materials 21 İyul 2009 15:55 (UTC +04:00)
Gürcüstan Parlamentinin Kutaisiyə köçürülməsi dövlət büdcəsinə 50 milyon lariyə başa gələcək. Bu barədə qanunverici orqanın - doğma vətəninə köçürülməsinin təşəbbüskarı olan Kutaisinin majoritar deputatı Akaki Boboxidze bildirib.
Gürcüstan Parlamentinin Kutaisiyə köçürülməsi 50 milyon lariyə başa gələcək

Gürcüstan, Tbilisi, 21 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Parlamentinin Kutaisiyə köçürülməsi dövlət büdcəsinə 50 milyon lariyə başa gələcək. Bu barədə qanunverici orqanın - doğma vətəninə köçürülməsinin təşəbbüskarı olan Kutaisinin majoritar deputatı Akaki Boboxidze bildirib.

İki həftə ərzində təşəbbüskar qrup 30 min imza toplayıb. Onlar artıq dövlət dəftərxanasına təqdim edilib.

Boboxidzenin bəyanatına əsasən, parlament üçün Kutaisidə yeni binanın tikintisi iki il ərzində mümkündür. Onun sözlərinə görə, qanunverici orqanın köçürülməsi Tbilisi və Kutasinin daha da yaxınlaşmasına səbəb olacaq. "Bir şəhərdən digərinə olan yol cəmi bir saat 10 dəqiqə təşkil edir. Hazırkı mərhələdə təşəbbüs baxılma prosesindədir, lakin razılıq əldə olunsa, hesab edirəm ki, o zaman layihənin həyata keçirilməsi üçün hər bir vəsaitin sərf edilməsi qəbuledilən olacaq. Büdcə çətinliyə bir il dözə bilər və binanın tikinitisinə vəsait ayrıla bilər", - deputat bildirib.

Parlamentdə dünənki çıxışı zamanı Prezident Saakaşvili də sözügedən ideyanı bəyənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti