Azərbaycan, Bakı, 21 iyul / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İsrailin fövqəladə və səlahiyyətli səfiri Artur Lenki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu, ölkəmizdə fəaliyyəti dövründə Lenkin Azərbaycan-İsrail əlaqələrinin genişlənməsi işinə öz töhfəsini verdiyini bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Artur Lenk ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndiyini vurğulayıb, onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.