...

Azərbaycanın Gürcüstandakı səfiri Azərbaycan kəndlərinin problemləri ilə tanış olub

Siyasət Materials 22 İyul 2009 12:56 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Marneuli rayonuna səfər edərək Qızılhacılı, Sadaxlı, Burma, Təzəkənd, Qasımlı, Quşçu və Kaçaqan kəndlərində görüşlər keçirib.
Azərbaycanın Gürcüstandakı səfiri Azərbaycan kəndlərinin problemləri ilə tanış olub

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Marneuli rayonuna səfər edərək Qızılhacılı, Sadaxlı, Burma, Təzəkənd, Qasımlı, Quşçu və Kaçaqan kəndlərində görüşlər keçirib.

"Səfərin gedişində səfir kənd əhalisi ilə görüşüb, onların problemləri, yerli məktəblərin maddi-texniki durumu, kənd əhalisinin su təchizatı, onların işlə təminatında çətinliklərlə tanış olub", - Azərbaycanın Gürcüstandakı səfirliyinin çərşənbə günü yayılan məlumatında deyilir.

Marneulidə səfir Olimpiya-İdman Kompleksinin tikintisinin gedişilə tanış olub. Səfər çərçivəsində Sadaxlı və Kaçqan məktəblərinə kitablar bağışlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti