...

Azərbaycanda narkotikləlrə bağlı cinayət məsuliyyətinə cəlb olunan əcnəbilərdən yarıdan çoxu İran vətəndaşlarıdır – DİN-nin idarə rəisi

Siyasət Materials 28 İyul 2009 14:06 (UTC +04:00)
“Məsuliyyətə cəlb olunanlardan üçü 18 yaşına qədər, 98-i 18-25 yaş arası, 206-sı 26-29 yaş arası, 936-sı isə 30 yaşdan yuxarı olan şəxslərdir. Onlardan 11-i fəhlə, 2-si qulluqçu, 2-si nəqliyyat işçisi, 1177-si işsiz, 37-ü isə xarici ölkə, 11-i MDB vətəndaşı, 28-i qadın, 1215-i kişi, 280 nəfəri isə əvvəllər məhkum olunanlardır”, - Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı Nazirlər Kabinetinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasında Daxili İşlər Nazirliyinin idarə rəisi, general-mayor Həzi Aslanov bildirib.
Azərbaycanda narkotikləlrə bağlı cinayət məsuliyyətinə cəlb olunan əcnəbilərdən yarıdan çoxu İran vətəndaşlarıdır – DİN-nin idarə rəisi

Azərbaycan, Bakı, 28 iyul  / Trend , müxbir C.Babayeva / 

Azərbaycanda narkotikləlrə bağlı cinayət əməllərinə görə bu ilin altı ayı ərzində 1243 nəfər məsuliyyətə cəlb olunub. Narkotika cinayətinə görə məsuliyyətə cəlb olunan xarici vətəndaşların yarıdan çoxu İrandandır.

"Məsuliyyətə cəlb olunanlardan üçü 18 yaşına qədər, 98-i 18-25 yaş arası, 206-sı 26-29 yaş arası, 936-sı isə 30 yaşdan yuxarı olan şəxslərdir. Onlardan 11-i fəhlə, 2-si qulluqçu, 2-si nəqliyyat işçisi, 1177-si işsiz, 37-ü isə xarici ölkə,  11-i MDB vətəndaşı, 28-i qadın, 1215-i kişi, 280 nəfəri isə əvvəllər məhkum olunanlardır", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı Nazirlər Kabinetinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasında Daxili İşlər Nazirliyinin idarə rəisi, general-mayor Həzi Aslanov bildirib.

Aslanovun sözlərinə görə, göstərilən dövr ərzində həyata kçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 37 nəfər xarici vətəndaş tutularaq cinayət məsuliyyətinə cəlb olunub. "Onlardan 20-si İran, 6-sı Gürcüstan, 5-i Rusiya və 6-sı Nigeriyadandır. Onlardan ümumi çəkisi 215 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 100 kiloqram narkotik vasitə çox təşkil edib", - idarə rəisi deyib.    
     
O, bu ilin altı ayı ərzində 358 hektar sahədən 209 tondan artıq müxtəlif narkotik vasitələr aşkar olunaraq məhv edildiyini bildirib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti