Gürcüstan, Tbilisi, 03 avqust / Trend , müxbir N.Kirsxaliya /
Avqustun 6-da Tbilisidə Gürcüstan ilə ABŞ hökuməti arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair müqavilə imzalanacaq. Bu barədə cümə günü ənənəvi brifinqdə Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandov məlmat verib.
Onun sözlərinə görə, müqavilənin məqsədi texnologiya sahəsində əməkdaşlıq və iki ölkə alimləri arasında əlaqələrin genişləndirilməsidir.
"Bu layihənin rəsmiləşdirilməsi ölkələr arasında əməkdaşlıq xartiyasının həyata keçirilməsinin aydın göstəricisidir. Bu növbəti dəfə təsdiq edir ki, ölkələr arasında əməkdaşlıq əlaqələri dərinləşir və ABŞ-ın Gürcüstana münasibətdə starteji maraqları olub və yenə də var", - Nalbandov deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]