...

Gürcüstanda daha bir müxalifət fəalı döyülüb

Siyasət Materials 5 Avqust 2009 18:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 avqust / Trend , müxbir N.Kirsxaliya /

Çərşənbə günü naməlum şəxslər radikal müxalifətin daha bir fəalını oğurlayıb və döyüblər. Tbilisi Baş Polis idarəsinə zərərçəkən Levan Kariçaşvilini "Yeni sağçılar" partiyasının lideri David Qamkrelidze çatdırıb.

O, Kariçaşviliyə hücum faktı üzrə təhqiqat aparılması və günahkarların cəzalandırılmasını tələb edir.

Qamkrelidzenin sözlərinə görə, çərşənbə günü səhər 10.15 radələrində Tamaraşvili və Kazbeqi küçəsinin kəsişməsində Kariçaşvili öz maşınına oturduğu zaman dörd maskalı şəxs ona arxadan hücum edib.

Onu arxa oturacağa sıxaraq yol boyu yarım saat ərzində döyüblər və sonra başına maska keçirərək başqa maşına otuzdurublar. Təxminən bir saat yarımdan sonra o, Duşet yolunda əlləri bağlı vəziyyətdə tapılıb.

Qamkrelidze qeyd edib ki, Kariçaşvili özü qaçmağa nail olub. Hazırda zərərçəkən polisdə ifadə verir. İstintaq çalışmaları aparılır. İndiyə qədər Kariçaşvilinin "Toyota Landkruzer" avtomaşını hələ də tapılmayıb. Orada onun noutbuku, sənədləri və telefonu da olub.

Kariçaşvili radikal müxalifətin etiraz aksiyalarında fəal iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti