Gürcüstan, Tbilisi, 06 avqust / Trend , müxbir N. Kirsxaliya /
Bu gün Gürcüstanın Milli Təhlükəsizlik Şurasının yeni formatda ilk iclası keçiriləcək.
Orada müxalif partiyaların nümayəndələri iştirak edəcəklər. Bununla yanaşı, iclasda parlament müxalifətinin nümayəndələri ilə bərabər, qeyri-parlament müxalifətinin nümayəndələri də iştirak edəcəklər. Qeyri-parlament müxalifətindən MTŞ iclasında iştirak dəvətinə Xalq Forumundan Akaki Asatiani, "Ədalətli Gürcüstan Uğrunda" Hərəkatından keçmiş baş nazir Zurab Noqaideli və "Azadlıq" partiyasından Konstantin Qamsaxurdia razılıq verib.
MTŞ iclasında iştirakdan aparıcı qeyri-parlament partiyaları imtina ediblər. Müxalifətçilər bu addımı belə izah edirlər ki, "orada ölkənin təhlükəsizliyi ilə bağlı dövlət məsələləri həll ediləcək və bu aspektdə, xüsusilə də xarici təhlükə qarşısında ölkə bir yardə olmalıdır".
Müxalifətin MTŞ iclasında iştirak etməsini Gürcüstan Prezidenti Mixail Saakaşvili demokratik islahatların yeni dalğası çərçivəsində təklif edib. O hesab edir ki, bütün siyasi qüvvələr dövlətin maraqlarının müdafiəsində bir yerdə olmalı və xarici təhlükə qarşısında birləşməlidirlər.
MTŞ-nin bugünkü iclasında Saakaşvilinin də iştirakı ehtimal olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]