Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir V.Javronkova /
"Azərbaycan Gürcüstanın yaxın tərəfdaşı olub və qalmaqda davam edir", - Gürcüstanın Azərbaycandakı səfiri Nikolaz Natbiladze bu gün keçirilən mətbuat konfransında bildirib.
"Biz Azərbaycan ilə yaxınıq, bizim birgə layihələrimiz var və biz hər zaman tərəfdaş olacağıq", - deyə səfir bildirib.
Onun sözlərinə əsasən, Gürcüstan Rusiya ilə dialoqun başlanması prosesindədir, lakin bu məsələ ilə bağlı bir çox şey Moskvanın mövqeyindən asılıdır.
Azərbaycan və Gürcüstan regional layihələr, xüsusilə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri çərçivəsidə əməkdaşlıq edir.