Azərbaycan NATO və Aİ ilə əməkdaşlıqda dəstəyinə görə Latviyaya minnətdardır. Bu barədə bazar ertəsi Bakıda Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Məlumatı AzTV telekanalı yayıb.
"Azərbaycan Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında da iştirak edir, bu təşkilatlar çərçivəsində ölkələrin əməkdaşlığı müxtəlif sahələrdə ölkələrin əlaqələrini inkişaf etdirə bilər", - Azərbaycan Prezidenti İlham Əliyev latviyalı həmkarı Valdis Zatlerslə onun Azərbaycana ilk səfəri çərçivəsində danışıqlardan sonra birgə mətbuat konfransında deyib.
Azərbaycanla Latviya arasında bir çox sahələrdə əlaqələr yüksək səviyyədədir. "Ölkələr arasında səmərəli siyasi dialoq aparılır. Əminəm ki, bu gün imzalanmış ikitərəfli sənədlər ikitərəfli əlaqələrin qanunvericilik bazalarını möhkəmləndirəcək. Əlaqələr uğurla inkişaf edir və onların yaxşı gələcəyi var", - Prezident İlham Əliyev deyib.