...

İran Prezidenti Türkmənistana rəsmi səfər edəcək

Siyasət Materials 13 Avqust 2009 12:22 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 13 avqust / Trend , müxbir H.Həsənov /

Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhəmmədov telefon söhbəti zamanı Mahmud Əhmədinejadı cari ilin dekabr ayının son ongünlüyündə Türkmənistana rəsmi səfərə dəvət edib

Bu dəvət böyük məmnuniyyətlə qəbul edilib. Səfərin dəqiq tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Hökumətin məbuat xidmətinin bildirdiyi kimi, İran rəhbərinin Türkmənistanın təbii yanacağının qonşu ölkələrə tədarük olunacağı Dövlətabad-Seraxs-Xanqeran marşrutu üzrə dövlətlərarası qaz magistralının təntənəli işə salınması mərasimində iştirak edəcəyi planlaşdırılır.

Türkmənistan İrana 1996-cı ildən etibarən Körpəcə qərb yatağından İranın Kurt-Kui şəhərinə kimi gücü ildə 8 milyard kubmetr qaz təşkil edən marşrutla qaz tədarük edir. Bu yaxınlarda tərəflər Türkmənistanın qərb yataqlarından yeni borunun inşa edilməsı üzrə razılaşıblar.

Türkmənistan mətbuatı yazır ki, İran ilə təbii qaz tədarükü sahəsində əməkdaşlığın qurulması Türkmənistanın enerji daşıyıcılarının ixracı, qarşılıqlı mənfəət, iqtisadi səmərəlilik və sağlam rəqabət prinsiplərinə əsaslanan yeni enerji strategiyası çərçivəsində həyata keçirilir.

Türkmənistan və İran dövlət başçıları telefonla söhbət zamanı Avropadan Fars körfəzinə kimi iqtisadi marşrutu təmin edəcək İran-Türkmənistan-Qazaxıstan dəmiryolu magistralının inşası ilə bağlı vəizyyətə də toxunublar və ikitərəfli inkişaf, həmçinin regional əməkdaşlıq nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik bu mühüm nəqliyyat-kommunikasiya obyektindəki işlərin fəallaşdırılması üzrə razılığa gəliblər.

Berdımuhəmmədov Əhmədinejadı ali dövlət vəzifəsinə yenidən seçilməsi münasibəti ilə təbrik edib və qardaş İran xalqının inkişafı və rifahına yönələn bütün işlərin həyata keçirilməsində yeni uğurlar arzulayıb. İran Prezidenti əsl dost və etibarlı tərəfdaş hesab etdiyi qardaş Türkmənistan ilə sıx əlaqələrin genişləndirilməsi və gələcəkdə də dərinləşməsinə əmin olduğunu bildirib.

Həmsöhbətlər sonda müsəlmanlar üçün müqəddəs sayılan qarşıdan gələn Ramazan ayı münasibəti ilə bir-birlərini təbrik ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti