Gürcüstan, Tbilisi, 18 avqust / Trend , müxbir N.Kirtsxaliya /
Naməlum şəxslər bu gecə Gürcüstanın Səhiyyə Nazirliyini qarət ediblər. İdarədən bildirildiyi kimi, bu gün səhər səhiyyə sisteminin planlaşdırma şöbəsindən iki monitorun yoxa çıxdığını məlum olub. Üçüncü monitoru da aparmaq istəsələr də, nədənsə bunu etməyiblər.
İlkin məlumatlara əsasən, oğrular binaya açıq qalmış pəncərədən daxil olublar.
Səhiyyə Nazirliyinin binası polis tərəfindən mühafizə olunsa da, polislər oğruları görməyiblər.
Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]