Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Milli Məclisinin Elm və təhsil komitəsi ali təhsil və dövlət elmi-texniki siyasəti haqqında qanun layihələri hazırlayıb.
"Komitənin işçi qrupu tərəfindən ali təhsil və dövlət elmi-texniki siyasəti haqqında qanun layihələri hazırlanıb. Qanun layihələri Milli Məclisin payız sessiyasının müzakirəsinə təqdim olunacaq", - Trend -un məlumatına görə, cümə axşamı Elm və təhsil komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.
Hacıyevin sözlərinə görə, "Təhsil haqqında" qanun çərçivə sənədidir və təhsillə bağlı sahəvi qanunlar bu sənədin əsasında qəbul olunacaq.
Azərbaycanın "Təhsil haqqında" Qanunu Milli Məclisin son sessiyasında qəbul olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]