...

Cənubi Qafqaz dövlətlərinin gənc siyasətçiləri Almaniyada bir araya gələcək

Siyasət Materials 20 Avqust 2009 17:46 (UTC +04:00)
Almaniyanın Konrad Adenaur Fondu tərəfindən reallaşdırılacaq layihə 21-29 avqust tarixlərində Almaniyanın Düsseldorf, Köln və Bonn şəhərlərində keçiriləcək. Bu barədə cümə axşamı Trend News-a Ramin Məmmədov məlumat verib.
Cənubi Qafqaz dövlətlərinin gənc siyasətçiləri Almaniyada bir araya gələcək

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Ramin Məmmədov Almaniyada Cənubi Qafqaz dövlətlərinin gənc siyasətçiləri üçün siyasi kommunikasiyalar mövzusunda keçiriləcək treninq kurslarda iştirak edəcək.

Almaniyanın Konrad Adenaur Fondu tərəfindən reallaşdırılacaq layihə 21-29 avqust tarixlərində Almaniyanın Düsseldorf, Köln və Bonn şəhərlərində keçiriləcək. Bu barədə cümə axşamı Trend -a Ramin Məmmədov məlumat verib.

Məmmədovun sözlərinə görə, tədbirdə Gürcüstan və Ermənistanın hakim və müxalifət partiyalarını təmsil edən gənclər də iştirak edəcək. Cənubi Qafqaz dövlətlərini təmsil edən gənclər arasında siyasi debat olacaq və onlar öz ölkələrinin mövqeyini müdafiə edəcəklər.

O bildirib ki, layihə çərçivəsində Cənubi Qafqaz təmsilçiləri avropalı gənclərlə də görüşəcək və öz ölkələrindəki vəziyyət haqqında məruzə edəcəklər.

Gürcüstan və Ermənistandan fərqli olaraq, bu tədbirdə Azərbaycanı yalnız YAP Gənclər Birliyinin nümayəndəsi təmsil edəcək. Məmmədov da məruzəsində Azərbaycandakı ümumi vəziyyət, ölkənin iqtisadi inkişafı, ictimai-siyasi proseslər haqqında məlumat verəcək. O, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrini avropalı gənclərin diqqətinə çatdıracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti