Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir E.Tariverdiyeva /
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqavilə çərçivəsində Rusiya ərazisində hərbi bazaların yaradılması imkanı barədə məlumatı təkzib edir.
"Ermənistanın hərbi bazalarının Dağıstan, Krasnodar və ya Rusiyanın hər hansı bir ərazisində yerləşdirilməsi məsələsinə dair rəsmi məlumatımız yoxdur " - Trend -a Moskvadan telefonla KTMT-nin mətbuat katibi Vitaliy Struqaveç bildirib.
Bu həftə bir sıra KİV-lər belə məlumat yayıblar ki, Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqavilə çərçivəsində Ermənistan nəqliyyat-kommunikasiya şəbəkələrinin təhlükəsizliyinin müdafiəsi məqsədilə Rusiya ərazisində, xüsusilə Dağıstan və Krasnodarda iki hərbi baza inşa ertmək imkanı əldə edə bilər.
Fevralın əvvəllərində KTMT ölkləri liderləri Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) formalaşdırılması üzrə qərar layihəsini imzalayıblar. KORQ-nın yaradılmasında məqsəd KTMT-nin fəaliyyət ərazisində hər hansı xarekterli böhran vəziyyətinə reaksiya göstərilməsidir.
KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan daxildir.