...

Aşqabadda Xəzərin statusu müzakirə ediləcək

Siyasət Materials 21 Avqust 2009 17:10 (UTC +04:00)
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə beştərəfli danışıqlar gələn ay Aşqabadda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək.
Aşqabadda Xəzərin statusu müzakirə ediləcək

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir C.Babayeva /

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə beştərəfli danışıqlar gələn ay Aşqabadda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək.

"Türkmən tərəfi Azərbaycan və digər Xəzəryanı ölkələrin XİN-lərinə müraciət edərək belə bir görüş keçirmək niyyətini bildirib və məsələ hazırda nəzərdən keçirilir", - cümə günü Trend -a, Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov deyib.

Bu görüşdə əsas müzakirə predmeti Xəzərin dibinin orta xəttinin koordinatının müəyyənləşdirilməsi olacaq. Bu xəttə əsasən dəniz Xəzəryanı ölkələr arasında milli sektor prinsipi üzrə bölünəcək. Bu məsələ ilə bağlı əvvəlki danışıqlar 2008-ci ildə Bakıda keçirilib.

Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüş Xəzəryanı dövlətlərin başçılarının  sentyabrın 13-də Aktauda keçirilməsi planlaşdırılan sammitindən əvvəl baş tutacaq.

"XİN müavinləri səviyyəsində beştərəfli görüşlərin sentyabrın 8-9-da Aşqabadda keçirilməsi planlaşdırılırdı", - bir müddət əvvəl Trend -a Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov bildirmişdi.

Danışıqlarda iştirak etmək üçün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov Türkmənistana yollanacaq.

Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbi yoxdur. Bu ölkələr arasında bu məsələ ilə bağlı həm iki, həm də üçtərəfli müqavilələr mövcuddur. Tərəflər həmçinin bölünmə xəttinin koordinatlarının müəyyənləşdirilməsi üzrə vahid razılığa gəliblər. Məsələ yalnız iki ölkə ilə - Türkmənistan və İran - həll olunmayıb ki, bu səbəbdən də Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə çoxillik müzakirələr hələ də nəticəsiz olaraq qalır.

Xəzəryanı ölkələr arasında Azərbaycan dünyanın ən böyük gölünün hüdudlaşdırılması və öz suverenliyinin müəyyənləşdirilməsinə ən birinci başlayan ölkədir. İlk dəfə məhz Azərbaycan Respublikası Xəzər dənizində özünün sektoru olmasını elan etdi və bunu 1994-cü ilin 20 sentyabrında PSA-nın (production sharing agreement) bölünməsi barədə razılıq modeli üzrə Qərb ölkələri ilə imzalanan beynəlxalq müqavilə ("Əsrin müqaviləsi") ilə möhkəmləndirdi. Bu öz təsdiqini 1995-ci ildə Azərbaycanın əsas qanununda tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti