...

Gürcüstanın xarici işlər naziri Tallində görüşlər keçirir

Siyasət Materials 26 Avqust 2009 12:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 avqust / Trend New, müxbir N.Kirtsxaliya /

Estoniyada rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Tallində ilk rəsmi görüşlərini keçirib. Gürcüstan XİN-in informasiya və mətbuat departamentindən bildirildiyi kimi, Vaşadze səfəri çərçivəsində Estoniyanın Baş naziri Andryus Ansip, xarici işlər naziri Urmas Paet, müdafiə naziri Yaak Aaviksos, həmçinin Estoniya parlamentinin üzvləri ilə görüşüb. Görüşlərdə ikitərəfli Gürcüstan-Estoniya münasibətlərinin geniş spektri və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın inkişafının və çoxtərəfli formatda münasibətlərin fəallaşmasınının vacibliyini qeyd ediblər. Eyni zamanda, iqtisadiyyat və sosial təminat sahəsində hüquqi bazanın təkmilləşdirilməsi imkanları nəzərdən keçirilb. Görüşdə Estoniya tərəfi qeyd edib ki, qlobal maliyyə böhranının səbəb olduğu çətinliklərə baxmayaraq, Estoniyanın dəstəyi ilə Gürcüstanda həyata keçirilən layihələr davam etdiriləcək. Estoniya tərəfi Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti