Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İsrailin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemin etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin səviyyəsindən razılıq ifadə edilib, ölkələrin iqtisadi, ticari, səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmin sahələrdə əməkdaşlığın normal perspektivləri vurğulanıb.