...

Aİ ilə viza rejiminin sadələşdiriliməsi barədə müqavilə ilin sonunadək rəsmiləşdirilə bilər – Gürcüstan XİN

Siyasət Materials 27 Avqust 2009 17:54 (UTC +04:00)
Aİ ilə viza rejiminin sadələşdiriliməsi və readmisiya barədə müqavilə ilin sonunadək rəsmiləşdirilə bilər. Bu barədə cümə axşamı hökumətin iclası başlayanadək xarici işlər nazirinin müavini David Calaqoniya deyib.
Aİ ilə viza rejiminin sadələşdiriliməsi barədə müqavilə ilin sonunadək rəsmiləşdirilə bilər – Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 27 avqust / Trend , müxbir N.Kirsxaliya /

Aİ ilə viza rejiminin sadələşdiriliməsi və readmisiya barədə müqavilə ilin sonunadək rəsmiləşdirilə bilər. Bu barədə cümə axşamı hökumətin iclası başlayanadək xarici işlər nazirinin müavini David Calaqoniya deyib.

Onun sözlərinə görə, dünən Brüsseldə Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi və readmisiya barədə danışıqların üçüncü mərhələsi başa çatıb. "Mətn nümayəndələr səviyyəsində razılaşdırılıb. Viza güzəştlərindən maksimal sayda vətəndaşlar istifadə edəcəklər", - Calaqoniya deyib. Mətnə gəlincə, ora Gürcüstan üçün vacib məsələlər daxil edilib.

"Həmçinin readmisiya planında vacib məsələlər də nəzərdə keçirilib", - Calaqoniya deyib.

Onun sözlərinə görə, müqavilə mərhələlərdən biridir. Onun imzalanmasından sonra müqavilənin qüvvəyə minməsi üçün tərəflər bir sıra prosedurlardan keçməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti