...

Zurab Noqaideli aralıq seçkilərinin vaxtının ertələnməsi ilə bağlı KM-ə müraciət edəcək

Siyasət Materials 27 Avqust 2009 18:03 (UTC +04:00)
"Ədalətli Gürcüstan uğrunda hərəkat"ın lideri, sabiq Baş nazir Zurab Noqaideli aralıq seçkilərinin gələn ilin payızına ertələnməsi qərarına etiraz edəcək. O, bugünkü birifinqdə deyib ki, bu qərara etiraz məqsədilə Gürcüstanın Konstitusiya Məhkəməsinə tələb göndərəcək.
Zurab Noqaideli aralıq seçkilərinin vaxtının ertələnməsi ilə bağlı KM-ə müraciət edəcək

Gürcüstan, Tbilisi, 27 avqust / Trend , müxbir N.Kirsxaliya /

"Ədalətli Gürcüstan uğrunda hərəkat"ın lideri, sabiq Baş nazir Zurab Noqaideli aralıq seçkilərinin gələn ilin payızına ertələnməsi qərarına etiraz edəcək. O, cümə axşamı keçirilən birifinqdə deyib ki, bu qərara etiraz məqsədi ilə Gürcüstanın Konstitusiya Məhkəməsinə (KM) tələb göndərəcək.

Gürcüstan Parlamenti xristian-demokratların təşəbbüsü olan düzəlişi qəbul edərək, 27 sentyabr 2009-cu ilə təyin olunan Gürcüstan Parlamentinə Çuqureti (Tbilisi), Gürcaani və Ozurqeti regionlarında aralıq seçkiləri 2010-cu ilin may-iyun aylarına ertələyib. Həmçinin gələn yazda yerli seçkilərin keçirilməsi planlaşdırılıb.

Bu qanunverici düzəliş yalnız konkret aralıq seçkiləri ilə bağlı qəbul edilib. Bu düzəliş majoritar deputatların aralıq seçkilərində yalnız oktyabr-noyabr aylarında seçilməsi ilə bağlı maddənin işini müvəqqəti olaraq dayandırıb.

"Bu təhlükəli presedentdir, çünki üç rayonun əhalisinin parlamentdə öz nümayəndəsinə malik olmaq üzrə konstitusiya hüququ pozulub", - Noqaideli hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti