...

Tbilisidə 8 yaşlı azərbaycanlının qatilləri həbs edilib

Siyasət Materials 31 Avqust 2009 14:18 (UTC +04:00)
Tbilisi polisi bu gün 8 yaşlı azərbaycanlı Allahverdi Bayramovun qatillərini həbs edib. Cinayətkarların iki yeniyetmə kürd millətçisi olduqları müəyyən edilib.
Tbilisidə 8 yaşlı azərbaycanlının qatilləri həbs edilib

Gürcüstan, Tbilisi, 31 avqust / Trend , müxbir N.Kirsxaliya /

Tbilisi polisi bu gün 8 yaşlı azərbaycanlı Allahverdi Bayramovun qatillərini həbs edib. Cinayətkarların iki yeniyetmə kürd millətçisi olduqları müəyyən edilib.

Gürcüstan TV ilə yayımlanaz etirafda iki yeniyetmə deyib ki, onlar uşağı zorlayıblar, oğlan hər şeyi anasına danışacağını deyəndən sonra isə başına daşla zərbə vurub öldürüblər.

İşgəncə ilə qətlə yetirilən səkkiz yaşlı Bayramovun cəsədi dünən səhər Varketili rayonunda tapılıb. O, iki gün əvvəl itkin düşüb və polislər tərəfindən axtarışları aparılıb.

Məhkəmə-tibb ekspertizadan sonra uşağın meyiti Tbilisidə Natluq bazarında işləyən valideynlərinə verilib. Onlar oğlanın cəsədini doğma kəndlərinə - Telav rayonun Qaracala kəndinə aparıblar. Bayramov bu gün orada dəfn ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti