...

Türkiyə XİN-in rəhbəri Tbilisidə Gürcüstan Prezidenti ilə görüşəcək

Siyasət Materials 7 Sentyabr 2009 11:01 (UTC +04:00)
Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Gürcüstana ikigünlük rəsmi səfəri başlayır.Türkiyə XİN-in rəhbəri Tbilisidə ölkənin Baş naziri Nika Qilauri, parlament sədri David Bakradze və gürcü həmkarı Qriqol Vaşadze, eləcə də Prezident Mixail Saakaşvili ilə görüşəcək.
Türkiyə XİN-in rəhbəri Tbilisidə Gürcüstan Prezidenti ilə görüşəcək

Gürcüstan, Tbilisi, 07 sentyabr / Trend , müxbir N.Kirsaxilya /

Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Gürcüstana ikigünlük rəsmi səfəri başlayır.Türkiyə XİN-in rəhbəri Tbilisidə ölkənin Baş naziri Nika Qilauri, parlament sədri David Bakradze və gürcü həmkarı Qriqol Vaşadze, eləcə də Prezident Mixail Saakaşvili ilə görüşəcək.

Bu gün "Kortyard Mariott" mehmanxanasında diplomatik korpusun görüşündə onun nitq söyləməsi də planlaşdırılıb.

Sentyabrın 8-də Türkiyənin xarici işlər naziri Gürcüstan Prezidenti Saakaşvili ilə görüşəcək.

Səfərin əsas mövzularından biri Abxaziya sularında dəfələrlə qanunsuz hərəkətə görə Gürcüstan məhkəməsi tərəfindən 24 ilə azadlıqdan məhrum edilmiş, "Buket" gəmisinin türkiyəli kapitanının azad edilməsi olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti