...

Azərbaycanlı deputat beynəlxalq forumda Cənubi Qafqazdakı vəziyyətdən danışacaq

Siyasət Materials 8 Sentyabr 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin üzvü Asim Mollazadə Polşada keçiriləcək XIX İqtisadi Forumda iştirak edəcək.

"Sentyabrın 9-da başlayacaq tədbir Avropa Birliyinin yeni qonşuluq siyasətində "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçiriləcək", - çərşənbə axşamı Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Forumun keçirilməsində məqsəd Şərqi və Qərbi Avropanın siyasi və iqtisadi cəhətdən uzlaşması yollarının araşdırılmasıdır. Forumda iqtisadiyyat, siyasət, beynəlxalq təhlükəsizlik, Avropanın enerji təhlükəsizliyi məsələləri ətrafında müzakirələr aparılacaq.

"Tədbirdə Azərbaycan Parlamentinin deputatı Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı çıxış edəcək", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti