ABŞ, Vaşinqton, 09 sentyabr / Trend , müxbir N.Boqdanova /
Son illər Azərbaycan ABŞ ordusu ilə demilitarizasiya və bioloji təhlükənin azaldılması üzrə yeni proqamlarda fəal əməkdaşlıq edir, bu barədə Trend -a ABŞ Konqresinin Tədqiqat Xidmətindən bildirilib.
Xüsusi hazırlanmış "Təhlükənin yayılmaması və azaldılmasına yardım: keçmiş Sovet İttifaqında Amerika proqramları" məruzəsində qeyd olunur ki, Azərbaycan keçmiş Sovet İttifaqının digər dövlətləri arasında ABŞ proqramları çərçivəsində əməkdaşlıqda daha mühüm rol oynayır.
Məruzəyə əsasən, bu proqramlar kimyəvi və bioloji silahın nəqli, saxlanılması və məhv edilməsi üçün nəzərdə tutulub. ABŞ Azərbaycana və digər keçmiş sovet ölkələrinə bioloji silahlardan mühafizə materiallarının, həmçinin kimyəvi silahların məhv edilməsi üzrə obyektlərin qurulmasında kömək edib.
Biloloji təhlükənin azaldılması üzrə proqram Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Özbəkistanda fəaliyyəti dəstəkləyir (eyni zamanda Ermənistan ilə danışıqlar aparılır). Bu proqram çərçivəsində Vaşinqton bioloji silah istehsalı üzrə potensiala malik olan bioloji tədqiqatlar və istehsal mərkəzlərində infrastruktur və avadanlığın məhv edilməsinə yardım göstərib. Birləşmiş Ştatlar həmçinin bioloji patogen mikroorqanizmlərin öyrənilməsi və etibarlı mühafizəsini təmin etmək üçün bu mərkəzlərdə təhlükəszilik səviyyəsinin artırılmasına kömək edir.
Demilitarizasiya proqramlarına gəldikdə isə, onlar sülh məqsədi ilə hərbi səylərdə iştiraka təşviq edir. (Buş Administrasiyası bu proqramı 2003-cü ildə qəbul edib.) Bu proqram çərçivəsində ABŞ Qazaxıstan, Özbəkistan, Azərbaycanın hərbi idarələri, daxili qoşunları, sərhəd və gömrük qüvvələri ilə onların sərhəd nəzarətinin yaxşılaşdırılması üçün əməkdaşlıq edir.
Proqram həmçinin Xəzər dənizi xətti üzrə Qazaxıstan və Azərbaycana sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsində yardım göstərilməsi üçün nəzərdə tutulub. ABŞ eyni zamanda silahların və onlarla əlaqədar olan materialların sərhəddən icazəsiz keçirilməsi hallarının aşkarlanması və aradan qaldırılmasında bu ölkələrə yardım edib.
Konqres ABŞ-ın 2009-cu il büdcəsindən Rusiyaya və keçmiş Sovet İttifaqının Azərbaycan da daxil olmaqla digər dövlətlərində təhlükənin yayılmaması və azaldılmasını təmin edən proqrama təxminən 1,2 milyard dollar ayrılmasını təsdiqləyib.
Bundan savayı, Obama Administrasiyası 2010-cu il büdcəsindən bu proqramlara təxminən 1,1 milyard dollar ayrılmasını istəyib.