Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan və Ukraynanın Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Trend -un məlumatına görə, Bakıda bu gün Azərbaycan və Ukraynanın Fövqəladə Hallar nazirlikləri arasında 2009-2011-ci illər üçün birgə fəaliyyət planı imzalanıb.
Sənədi Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Ukraynanın Çernobil faciəsinin nəticələrinin aradan qaldırılması və fövqəladə hallar naziri Vladimir Şandra imzalayıb.
Sənəddə iki nazirlik arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında dövlətlərarası sazişin həyata keçirilməsi nəzərdə tutulur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]