...

Azərbaycanın solyönlü partiyası ABŞ-ın RƏM sistemlərinin Avropada yerləşdirilməsi planından imtina etmək qərarını müsbət qiymətləndirir

Siyasət Materials 19 Sentyabr 2009 13:58 (UTC +04:00)
Azərbaycan Xalq Sosialist Partiyası Prezidenti Barak Obamanın ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin Polşa və Çexiya Respublikasında yerləşdirilməsi planlarından imtina etmək qərarını müsbət qarşılayır.
Azərbaycanın solyönlü partiyası ABŞ-ın RƏM sistemlərinin Avropada yerləşdirilməsi planından imtina etmək qərarını müsbət qiymətləndirir

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycan Xalq Sosialist Partiyası (sədri Rövşən Hüseynov) Prezidenti Barak Obamanın ABŞ-ın raket əleyhinə müdafiə (RƏM) sistemlərinin Polşa və Çexiya Respublikasında yerləşdirilməsi planlarından imtina etmək qərarını müsbət qarşılayır.

"Bu qərar ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılmasına, habelə dünyada sülhün və daha ədalətli düzənin yaradılmasına xidmət edəcək", - patiyanın şənbə günü yayılan bəyanatında deyilir.

ABŞ prezidenti Obama cümə axşamı RƏM sistemlərinin Avropada yerləşdirilməsi planından imtina etdiyini təsdiq edib.

Milli raket əleyhinə müdafiə sisteminin yaradılması layihəsini ABŞ-ın əvvəlki administrasiyası fəal şəkildə həyata keçirirdi. Corc Buş 2013-cü ildə Polşada 10 rakettutan, həmçinin İran tərəfindən güman edilən raket təhlükəsindən qorunmaq bəhanəsi ilə Çexiyada radar yerləşdirmək niyyətində olub. Moskva bu sistemlə özünün təhlükəsizliyinin təhdid edilməsindən ehtiyat edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti