...

RF və Azərbaycanın müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 21 Sentyabr 2009 14:48 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bazar ertəsi işgüzar səfərlə Moskvaya yola düşüb. Burada o, rusiyalı həmkarı Anatoli Serdyukovla görüşəcək. Bu barədə jurnalistlərə RF Müdafiə Nazirliyi rəhbərinin mətbuat katibi polkovnik Aleksey Kuznetsov məlumat verib.
RF və Azərbaycanın müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bazar ertəsi işgüzar səfərlə Moskvaya yola düşüb. Burada o, rusiyalı həmkarı Anatoli Serdyukovla görüşəcək. Bu barədə jurnalistlərə RF Müdafiə Nazirliyi rəhbərinin mətbuat katibi polkovnik Aleksey Kuznetsov məlumat verib, RİA Novosi yazır.

Onun sözlərinə görə, işgüzar görüş zamanı nazirlər iki dövlət arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməyi planlaşdırırlar.

Sentyabrın 24-dək davam edəcək səfər çərçivəsində Əbiyev həmçinin Sankt-Peterburqdakı Leninqrad hərbi dairəsinin qərargahına baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti