...

Azərbaycan hökuməti dövlət qulluğu vəzifələrinin tutulması üzrə Ümumi Şərtləri təsdiq edib

Siyasət Materials 24 Sentyabr 2009 10:31 (UTC +04:00)
Azərbaycan hökuməti inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtlərini təsdiq edib.
Azərbaycan hökuməti dövlət qulluğu vəzifələrinin tutulması üzrə Ümumi Şərtləri təsdiq edib

Azərbaycan, Bakı,24 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan hökuməti inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtlərini təsdiq edib.

Trend -un Nazirlər Kabinetinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, hökumətin qərarıyla inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən Ümumi Şərtlərə uyğun olaraq qəbul edilir.

Ümumi Şərtlər "Təhsilə dair tələblər", "İş stajına dair tələblər" və "Bilməlidir" hissələrindən ibarətdir.

"Təhsilə dair tələblər" hissəsində vəzifənin tutulması üçün zəruri olan ali təhsil müəyyən edilir. "İş stajına dair tələblər" hissəsində vəzifənin tutulması üçün zəruri olan iş stajına dair tələb müəyyən edilir.

"Bilməlidir" hissəsində vəzifənin tutulması üçün zəruri olan minimal biliklər müəyyən edilir.

İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması məqsədi ilə dövlət orqanları vəzifə təlimatlarını (kağız və elektron formada) Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəyyən edilmiş qaydada digər aidiyyatı sənədlərlə birlikdə Komissiyaya təqdim edirlər. Komissiya vəzifə təlimatlarının Ümumi Şərtlərə uyğun hazırlanmasına nəzarət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti