...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi 17 il əvvəl törədilən cinayətin üstünü açıb

Siyasət Materials 25 Sentyabr 2009 15:57 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin cümə günü Trend News-a daxil olan birgə məlumatında bildirilir ki, birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 17 il əvvəl törədilməklə bağlı qalmış xüsusilə ağır cinayətin üstü açılıb.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi 17 il əvvəl törədilən cinayətin üstünü açıb

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir K. Zərbalıyeva /

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi 17 il əvvəl törədilən cinayətin üstünü açıb.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin cümə günü Trend -a daxil olan birgə məlumatında bildirilir ki, birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 17 il əvvəl törədilməklə bağlı qalmış xüsusilə ağır cinayətin üstü açılıb.

1992-ci ilin noyabr ayında Yardımlı rayonunun Honuba kəndində, kənd sakinləri Ağamalı Bəhmənov, əmisi oğlanları Fərail və Xubiyar Bəhmənovlar qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ağır cinayət törədiblər.

Ağamalı Bəhmənov ilə bir evdə yaşayan bacısı İradə Bəhmənovanı əxlaqsız hərəkətlər edərək hamilə olmasından şübhələndiklərinə görə qətlə yetiriblər.

Fərail və Xubiyar Bəhmənov, həmçinin Ağamalı Bəhmənov İradəni yaşadıqları evdə başına bağladığı şal ilə boğaraq qısqanclıq zəminində öldürüb və cinayətin izini itirmək məqsədi ilə meyiti həyətin kənarındakı ayaqyolunun yanında torpağa basdırıblar.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı Ağamalı Bəhmənov və əmisi oğlanları Fərail və Xubiyar Bəhmənovlar cinayət işi üzrə verdikləri ifadələrində törətdikləri cinayət əməllərini etiraf ediblər.

Sentyabrın 23-də Ağamalı, Fərail və Xubiyar Bəhmənovlar Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti