...

Azərbaycan-Polşa parlamentlərarası münasibətləri çox müsbətdir - Polşa Senatının sədri

Siyasət Materials 29 Sentyabr 2009 00:21 (UTC +04:00)
Azərbaycan-Polşa parlamentlərarası münasibətlər çox müsbətdir. Mən iki dəfə Azərbaycanda olmuşam. Bundan əlavə Azərbaycan Parlamentinin sədri də Polşaya səfər edib. Bu fikirləri bazar ertəsi Avropa jurnalistlərə açıqlamasında Polşa Senatının sədri Boqdan Boruzeviç deyib.
Azərbaycan-Polşa parlamentlərarası münasibətləri çox müsbətdir - Polşa Senatının sədri

Fransa, Strasburq, 29 sentyabr/ Trend , müxbir A. Məhərrəmli/ Azərbaycan-Polşa parlamentlərarası münasibətlər çox müsbətdir. Mən iki dəfə Azərbaycanda olmuşam.  Bundan əlavə Azərbaycan Parlamentinin sədri  də Polşaya səfər edib. Bu fikirləri bazar ertəsi Avropa jurnalistlərə açıqlamasında Polşa Senatının sədri  Boqdan Boruzeviç  deyib.

"Düşünürəm ki, iki ölkə arasında gözəl anlaşma səviyyəsi  mövcuddur. Biz  bir-birimizi  yaxşı anlayırıq. Həqiqətdə, Azərbaycan Polşadan kifayət qədər uzaqda yerləşir,"- deyə o, əlavə edib.

Qafqaz regionu və Azərbaycan Avropa ittifaqının maraq dairəsini təşkil edir.

"Şərq tərəfdaşlığı" bizim üçün çox önəmlidir. Bu bizəmümkün olan  bütün səviyyələrdə əlaqələrimizi gücləndirməyə imkan verir. Bu habelə,  bu tərəfdaşlıqda iştirak etməyə dəvət edilən ölkələrdə müsbət istiqamətdə həyata keçirilən dəyişikləri təşviq etmək və gücləndirmək  üçün bir  fürsətdir. Bu təmaslar təkcə

Polşanı deyil,  proqrama daxil olan ölkələrlə bütün Avropa ittifaqı ölkələrini əhatə edir. İqitsadi sahədəki təmasların təşviqi və inkişaf etdirilməsindən əlavə, biz yerli idarəetmə orqanlarını da demokratik islahatları həyata keçirməyə ruhlandlrmaq istəyirik. Biz  həmçinin məhkəmə, penitensiar sistemlərdə də islahatların aparılmasını dəstəkləyirik.  Biz hələ 20 il bundan əvvəl demokratik dəyişikliklər prosesini başlayanda  bu dəyişikləri  həyata keçirməyə ehtiyacımız var idi,"-deyə, Polşa senatının sədri qeyd edib.

"Şərq tərəfd aşlığı"  tərəfdaş ölkələrdə əməkdaşlıq, həvəs hissi  olmadan uğür qazana bilməz.  Sərbəst bazar prinsipi avtoritar  çərçivədən çox,  demokratik bir çərçivədə daha yaxşı  inkişaf edər. Avtoritar sistem sərbəst bazarı dondurmağa meylli olur.

Azərbaycandan və ümumiyyətlə, Qafqazdan danışanda əlbəttə, dondurulmuş münaqişələrdən danışmamaq olmaz. İstəyirik ki, "Şərq tərəfdaşlığı" region ölkələri arasında  yaxşı əməkdaşlıq ruhunun inkişafına kömək etsin.

Xəbər lenti

Xəbər lenti