...

Azərbaycan Prezidenti və xanımı Buxarestdəki "Tey" parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Siyasət Materials 29 Sentyabr 2009 19:57 (UTC +04:00)
Rumıniyada rəsmi səfərdə olmuş Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 29-da Buxarestdəki “Tey” parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Azərbaycan Prezidenti və xanımı Buxarestdəki "Tey" parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Rumıniyada rəsmi səfərdə olmuş Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 29-da Buxarestdəki "Tey" parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Burada dövlət başçısı və onun xanımını Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu qarşılayıb.

Parka toplaşmış yüzlərlə şəhər sakini, məktəblilər, Azərbaycan diasporunun fəalları, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr dövlət başçısını və xanımını alqışlarla qarşılayıblar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri qoyublar.

Uşaqlarla xatirə şəkli çəkdirən dövlət başçısı və xanımı "Tey" parkını gəziblər, sakinlərlə və Azərbaycan diasporunun fəalları ilə söhbət ediblər.

Xəbər lenti

Xəbər lenti